Sabahın havası

  06 İyul 2013    Oxunub : 522
Sabahın havası
37 dərəcəyədək isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı, mülayim şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 20-24, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Rayonlarında isə hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

AzVision.az

Teqlər: