AZAL-ın futbolçusunda `xərçəng` aşkarlandı

AZAL-ın futbolçusunda `xərçəng` aşkarlandı
  30 Yanvar 2016    Oxunub:2087
Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb.
Qafqazinfo xəbər verir ki, bu barədə report-a komandanın baş həkimi Sədrəddin Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, 30 yaşlı müdafiəçi bu yaxınlarda ona müraciət edərək, dirsəyindəki şişin böyüdüyünü və iki aydır ağrılar hiss etdiyini bildirib: "Rüfət əvvəllər mənə bu haqda heç nə deməmişdi. Amma maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin".

Baş həkim hələlik şişin bəd, yoxsa xoş xassəli olmasına aydınlıq gəlmədiyini açıqlayıb. O, fevralın 1-də məlum olacaq analizlərin cavablarına əsasən, xəstəliklə bağlı mükahimə yürüdəcəklərini vurğulayıb.

Qeyd edək ki, Rüfət Musayev AZAL-a "Neftçala"dan transfer olub.


Teqlər:





Xəbər lenti