Fransa “izləmə” iddiasını təkzib edir

Fransa “izləmə” iddiasını təkzib edir
  06 İyul 2013    Oxunub:966
Fransa vətəndaşların danışıqlarını izləməsi barədə iddiaları təkzib edib.
AzVision.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın baş naziri Jan Mark Eyronun sözçüsü bildirib ki, “Le Monde” qəzetinin Fransa təhlükəsizlik agentliklərinin vətəndaşların danışıqlarını dinləməsi və internet yazışmalarını izləməsi barədə verdiyi məlumat yanlışdır.

“Le Monde” bildirmişdi ki, telefon və kompyuter istifadəçilərinin danışıqları “superkompyuter”in bazasında toplanır. Qəzetin məlumatına görə, proqram qanundankənar fəaliyyət göstərir və istənilən yerli agentliklər bu informasiyanı əldə edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti