“Gezi parkı”na dair xəbərdarlıq

 “Gezi parkı”na dair xəbərdarlıq
  07 İyul 2013    Oxunub:1314
İstanbulun Taksim meydanındakı “Gezi parkı” bu gün istifadəyə verilir.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Muammer Gülər “Gezi parkı”nda heç bir qanunsuz aksiya və yürüşlərə icazə verilməyəcəyini bildirib:

“Parklarada və əsas yollarda insanların toplanmasına qəti şəkildə icazə verilməyəcək. Heç bir aksiya keçirmədən “Gezi parkı”ndan istədikləri kimi istifadə edə bilərlər. Çadırlar qururlmasına imkan verməyəcəyik. Əgər hər hansı bir aksiya təşkil edilsə, qarşısını almaq üçün polis və bütün lazımi vasitələrlə orda olacağıq. Hazırda İstanbulda qanunsuz aksiya cücərtiləri var və təbii olaraq polis buna qarşı çıxır”.

Qeyd edək ki, ötən ay “Gezi parkı”nda görülən abadlıq işləri ilə əlaqədar Türkiyədə etiraz aksiyaları keçirilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti