Obama Misiri qınadı

Obama Misiri qınadı
  07 İyul 2013    Oxunub:1233
ABŞ Misirdəki hər hansı bir siyasi partiya və ya qrupa dəstək vermədiyini açıqlayıb.
ABŞ hökuməti, həmçinin, bu ölkədə davam edən zorakılıq hadisələrini qınadığını elan edib. AzVision.az dünya mətbuatına istinadən bildirir ki, Birləşmiş Ştatların Prezidenti Barak Obama özü bu barədə bildirib.

Ağ Evin açıqlamasına görə, Obama Beynəlxalq Təhlükəsizlik Şurası ilə telefon vasitəsilə Misirdəki vəziyyəti müzakirə edib. Açıqlamada ABŞ-ın Misirdə bəlli siyasi partiya və ya qrupları yönləndirdiyi ilə bağlı yanlış iddiaların ortaya atıldığını deyib. O, bu iddiaları qəti şəkildə rədd edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti