ABŞ-da ağır təyyarə qəzası – FOTOLAR, VİDEO

ABŞ-da ağır təyyarə qəzası – FOTOLAR, VİDEO
  07 İyul 2013    Oxunub:4540
ABŞ-da qəzaya uğrayan Koreyaya məxsus «Boinq-777-200» təyyarəsilə bağlı araşdırma başlayıb. Qəza iyulun 6-da gecə baş verib. Hələlik 2 nəfərin öldüyü haqda xəbər verilir. 230-a yaxın insan xəstəxanaya yerləşdirlib.
Yerli mətbuatın yaydığı xəbərə görə, təyyarə San-Fransisko aeroportuna enərkən orada pis havada pilotlara yardım etmək üçün nəzərdə tutulmuş “Glide Path” sistemi işləməyib. İstisna deyil kiI, qəzanın səbəblərindən biri də məhz bununla bağlıdır.

“Asiana Airlines” şirkətinin 214 saylı reysində 291 nəfər Seuldan San-Fransiskoya uçurmuş. Daha 17 nəfər isə ekipaj üzvü olub. Eniş zamanı təyyarə zolağa çatmadan arxa tərəfilə yerə çırpılıb. Şassilərin dayaqları qırılıb və təyyarənin gövdəsi yerə düşərək, “sürünüb”, nəticədə güclü yanğın başlayıb. Təyyarənin dənizə düşmək riski də çox böyük olub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti