Azərbaycanın idman saytından yenilik

Azərbaycanın idman saytından yenilik
  04 Fevral 2016    Oxunub:1906
Azərbaycanın tanınmış idman portallarından biri olan Goal.az tamamilə yenilənib.

Maraqlı məqamlardan biri portalda "Livescore" xidmətinin təqdim olunmasıdır. Belə ki, bu xüsusi xidmət vasitəsilə Goal.az internet istifadəçilərinə geniş informasiyanı əhatə edən futbol nəticələrini və statistikasını təqdim edir, xidmət tamamilə pulsuzdur.

- Goal-ı sıfırdan hazırladıq. Bu dəfə hər xırda detala önəm verib onu daha maraqlı və zövqlü etmişik. Məqsəd istifadəçilərin daha zövqlü və funksional bir məhsul görməsidir. Canlı futbol nəticələrini və real statistikanı hazırda Goal-dan başqa Azərbaycanda heç kim vermir. Bu xüsusi servisdir, müqavilə əsasında xarici şirkətdən alırıq,- deyə goal.az-ın direktoru Seymur Səfərli bildirib.

O, qeyd edib ki, IOS və Android platformalı mobil cihazları istifadə edənlər Appstore və Play Market-dən goal.az mobil proqramını yükləyə bilərlər: `Bu eyni zamanda ölkə mediası üçün də uğurlu və gərəkli bir addımdır. Arzulayırdım ki, Azərbaycanda maraqlı servisləri olan bir sayt olsun".



Teqlər:





Xəbər lenti