Rusiyada qatar relsdən çıxdı: 100 yaralı

Rusiyada qatar relsdən çıxdı:  100 yaralı
  08 İyul 2013    Oxunub:1028
Rusiyanın Krasnodar şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində 100 nəfər ağır xəsarət alıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, xəsarət alanlardan 15-i xəstəxanaya qaldırılıb. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, səlahiyyətlilər qəzaya səbəb kimi, isti havanın qatar reyslərinə mənfi təsir göstərməsini açıqlayıb.

Qeyd edək ki, yola çıxan 19 vaqondan 11-i relsdən çıxıb.

Fövqəladə Hallar Nazirliyi ölən kimsənin olmadığını, qatarda olan 600 nəfərin isə evakuasiya olunduğunu açıqlayıb.

AzVision.az







Teqlər:  





Xəbər lenti