Yaxşı pul qazanmaq istəyirsiniz? - Mütləq oxuyun

Yaxşı pul qazanmaq istəyirsiniz? - Mütləq oxuyun
  07 Fevral 2016    Oxunub:8238
Zaman dəyişdikcə, işə olan tələblər də dəyişir.

Dünya İqtisadi Formunun açıqladığı “İşlərin Gələcəyi” adlı hesabata görə, demoqrafik dəyişmələr və texnologiyanın inkişafı ilə bağlı 2020-ci ildə 5 milyon peşə yox ola bilər.

Araşdırmalara görə, yaxın illərdə məlumat analitiklərinə olan tələb artacaq. Hesabata görə, 2020-ci ildə bütün sənaye sahələrində analitiklərə zəruri ehtiyac yaranacaq. Çünki yeni və dağıdıcı texnologiyalar böyük sürətlə məlumatlar istehsal edəcək. Odur ki, bu qədər məlumatı anlayıb doğru şəkildə analiz etmək çətinləşəcək. Ümumi olaraq kompüter və riyaziyyat tipli bütün peşələrə tələb artacaq.

Kompüter proqramlaşdırma, proqram təminatı mühəndisliyi, məlumatların təhlükəsizliyi mütəxəssisliyi və s. peşələrə tələb getdikcə artacaq.

Önümüzdəki 4 il ərzində memarlıq və mühəndislik sənətinə də marağın artacağı gözlənilir. Xüsusilə də biokimya, nanotexnologiya, robot və və s. mühəndisliyinə ehtiyac hiss olunacaq.

Məlumata görə, 2020-ci ildə 2 milyon yeni “iş” icad ediləcək ki, burada kompüter, riyaziyyat, memarlıq və mühəndislik birinci sırada yer alacaq.

Marketinq və satış mütəxəssislərinə də ehtiyac yaranacaq. Sənaye məhsulları dizaynerləri önümüzdəki illərdə yaxşı pul qazana biləcəklər.

Hesabata əsasən 2020-ci ildə işə götürənlərin ilk tələbləri yaradıcılıq qabiliyyəti ilə bağlı olacaq. Təkrarlanan və monoton işləri get-gedə daha çox robotlar əvəz edəcək. Amma yaradıcılıq tələb olunan bütün işlərdə hələ də insan beyninə ehtiyac olacaq.

İş dünyasının hər yeni texnologiyalarla tanışlığından sonra qanunlar və tənzimləmələr də dəyişəcək. Yeni qanunvericiliyin təşkili üçün təcrübəli personala ehtiyac duyulacaq. Şirkətlərin hüquq şöbələri buna paralel olaraq genişlənəcək.

Ekspertlərin fikrincə, adları sadalanan peşələrin sahibləri gələcəkdə yaxşı pul qazanmaq imkanına malik olacaqlar. Gənclərə bu istiqamətlər üzə təhsil almaq, təcrübələrini genişləndirmək tövsiyə olunur.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti