Arda `Barselona`dan ayrıla bilər - 100 milyonluq təklif

Arda `Barselona`dan ayrıla bilər - 100 milyonluq təklif
  09 Fevral 2016    Oxunub:3570
İspaniyanın `Barselona` klubu və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan mövsümün sonunda Çin liqasında oynaya bilər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Arda Turanla hansı klubun maraqlandığı açıqlanmır. Lakin danışıqlara yaxın olan mənbənin sözlərinə görə transferin qiyməti 100 milyon avro ola bilər. Klub Turanla beş illik müqavilə imzalamağa hazırdır. Futbolçunun alacağı əmək haqqı açıqlanmır.

Qeyd edək ki, Arda Turan 34 milyon avro məbləğ qarşılığında `Atletiko`dan `Barselona`ya keçib. Türkiyəli futbolçu İspaniya çempionatında dörd oyunda meydana çıxıb və iki qol ötürməsi verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti