AFFA yenə klubları cərimələdi

AFFA yenə klubları cərimələdi
  09 Fevral 2016    Oxunub:1587
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirəyə çıxarılıb. Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə altı klubu cəzalandırıb.

Turda beş qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub. Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”la, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə” ilə, Tagim Novruzov (AZAL) “Kəpəz”lə, Yasin Həmid (“Rəvan”) isə “Neftçi” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün bir oyunluq cəza alıblar. Bu futbolçuların hər biri klubunu iki yüz manat ziyana salıb. Altı oyunçusu sarı vərəqə alan “Rəvan” daha min manat cərimə olunub.

“Qarabağ”la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə iki oyunluq meydandan kənarda qalacaq. Ona görə, “Xəzər-Lənkəran” iki min manat cərimə ödəməli olacaq. Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları Ağdam təmsilçisinin iki min manat cərimələnməsi ilə nəticələnib.


Teqlər:





Xəbər lenti