Rüstəm İbrahimbəyov: «İlham Əliyevə alternativ görmürəm» - AUDİO

Rüstəm İbrahimbəyov: «İlham Əliyevə alternativ görmürəm» - AUDİO
  08 İyul 2013    Oxunub:1484
Bu müsahibəni Rüstəm İbrahimbəyov 2010-cu ilin mayın 8-də “Azadlıq” radiosuna verib. Müsahibənin tam versiyasını BURADANoxumaq olar.

Müsahibədən seçmə məqamları sizə təqdim edirik. Orada İbrahimbəyov özünü İlham Əliyevlə müqayisə edir və üstünlüyü hər baxımdan dövlət başçısına verir. Maraqlıdır, 3 ildə nə baş verib ki, İbrahimbəyov fikrini dəyişib və ona alternativ olmağa qərar verib?


- Mənim Moskvada evim var, Moskvanın ən mərkəzindədir.

- İbrus teatrını tikəndə onun tikintisini saxladılar. İlham müəllim o vaxt prezident deyildi. Mən ona müraciət etdim, onun köməyi olmasaydı indi İbrus teatrı olmazdı. İndi də mən ona inanıram və məktublar yazıram ki, o vaxt imkanlarımız çox idi amma yenə də prezident deyildiniz. Bu gün siz bu hökumətin prezidentisiniz və bu gün bizim qarantımızsınız. Mən gözləyirəm, inanıram, ümidimi itirmirəm ki, siz qarışacaqsınız və bizi bu vəziyyətdən çıxaracaqsınız.

- Amma mən konkret deyim, istəyir kiminsə xoşuna gəlir, istəyir gəlməsin, mən prezident İlham Əliyevə hələlik alternativ görmürəm, mənə desinlər ki, bir nəfər var Azərbaycanda, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılarmı... mən bir dənə əcnəbi dil bilmirəm o üç dil bilir, mənim 70 yaşım var, o məndən cavandır. Hər adam prezident ola bilməz. Onun sosial qüvvələri olmalıdır. Və onun sosial qüvvələri var. Bu, bir az siyasi savadsızlıqdandır ki, bu prezidenti dəyişək başqası gəlsin. Eyni şey olacaq... Gəlin baxaq, mənə bir ad deyin ki, siyasi xəritədə kim nüfuzlu, ağıllı, dərin lider var ki, deyək ki, bu adam doğurdan da prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də adam ki, mən deyim ki, bu adam doğrudan da prezident ola bilər, Azərbaycanda o yoxdur.




Teqlər:  





Xəbər lenti