Şeyx Ramazan ayında kömək istədi

  08 İyul 2013    Oxunub : 444
Şeyx Ramazan ayında kömək istədi
“Azan müxtəlif vaxtlarda verilirsə və bu, başqa təsirlərə gətirib çıxarırsa, demək, biz dövlətdən xahiş etməliyik ki, xüsusilə, Ramazan ayında bizə kömək etsin”.
AzVision.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, azan idarənin təqdim etdiyi təqvimə əsasən səsləndirilməlidir.

“Bəzən görürsən ki, kimlərsə sübh namazının azanını yarım saat qabaq verir və insanları hansısa məqsədlə arxasınca aparır. Azan müxtəlif vaxtlarda verilirsə və bu, başqa təsirlərə gətirib çıxarırsa, demək, biz dövlətdən xahiş etməliyik ki, xüsusilə, Ramazan ayında bizə kömək etsin”.

Şeyxülislam həmçinin, Ramazan ayının başlanması ilə bağlı ölkə ictimaiyyətində yaranan fikir ayrılığına münasibət bildirib:

“Mən burada yox idim deyə bu fikir ayrılığı cəmiyyətdə, mətbuatda bərk narazılıq yaradıb. Sonra AMEA ilə danışıqlar apardıq, araşdırdıq və onlar da razılığa gəldilər ki, Ramazan ayı iyulun 10-dan başlayır. Yenə də bu dəqiq proqnoz deyil, çünki bunu ancaq Allah bilir ki, ay nə vaxt çıxacaq. Heç kim özündən qərar verə bilməz, istəyir əmmaməsi 10 metr olsun, yenə bu barədə qəti qərar verə bilməz. Bu, Allahın işidir”.

Fatimə


Teqlər: