Kəmaləddin Heydərov tapşırıqlarını verdi

Kəmaləddin Heydərov tapşırıqlarını verdi
  08 İyul 2013    Oxunub:2299
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 8-də nazirliyin Xaçmaz şəhərində yerləşən Şimal Regional Mərkəzində vətəndaşları qəbul edib.
AzVision.az-ın məlumatına görə, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul və qəzalı vəziyyətdəki evlərin təmiri ilə bağlı olub.

Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib. Gün ərzində K.Heydərov tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bəziləri yerindəcə öz həllini tapıb.

Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti