Sarkozi qayıdır

Sarkozi qayıdır
  09 İyul 2013    Oxunub:1249
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi müxalifətdəki Xalq Hərəkatı Birliyi Partiyasının fövqəladə çağırılmış idarə heyətinin yığıncağında qəhrəman kimi qarşılanıb.
AzVision.az-ın məlumatına görə, televiziya kanalları Sarkozinin iclasa gəlişini canlı yayımlayıb. Partiyanın öndə gedən funksionerləri “Nikolya, Nikolya” şüarları ilə keçmiş prezidenti binanın girişində qarşılayıblar. Fransa mətbuatı tədbirin Sarkozi üçün “gövdə nümayişi”nə çevrildiyini yazıb. Media Sarkozinin uzun müddət sonra bu yığıncağa qatılmasını “siyasətə geri dönüş üçün addım” kimi şərh edib. Sarkoziyə yaxın siyasətçilər eks-prezidentin siyasətə qayıdıb-qayıtmayacağı barədə qəti qərar vermədiyini söyləsə də media orqanları bu haqda münasibət bildirmir.

KİV partiyanın maliyyələşdirilməsi mövzusunun da müzakirə olunduğunu qeyd edib. Fransa Seçki Şurası əvvəlki seçki kampaniyasında partiyanın büdcədən 11 milyon avro məbləğində maliyyə yardımının geri qaytarılması barədə qərar çıxarıb. Qeyd edək ki, Konstitusiya Məhkəməsi də keçən həftə bu qərarı təsdiqləmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti