“Eurovision-2014”ün final günü müəyyənləşdi

“Eurovision-2014”ün final günü müəyyənləşdi
  09 İyul 2013    Oxunub:1197
“Eurovision-2014” mahnı müsabiqəsinin final günü müəyyənləşib.
Gələn ilin mayında Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin final gününün vaxtı dəqiqləşdirilib.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından yer alan məlumata görə, yarışmanın final mərhələsi mayın 10-da olacaqdır. Danimarka Yayım Korporasiyası vatları müsabiqəyə ev sahibliyi etməyə iddialı şəhərlərin imkanlarını, eləcə də avropalı həmkarları üçün münasibliyi nəzərə alaraq müəyyən edib.

Mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-da və 8-də keçiriləcək. Bundan əvvəl, yarışmanın keçiriləcəyi vaxtlar ilkin olaraq mayın 13-ü, 15-i və 17-si üçün müəyyən edilib.

Qeyd edək ki, hazırda Danimarkanın üç şəhəri “Eurovision-2014” mahnı müsabiqəsini keçirməyə iddialıdır.




Teqlər:





Xəbər lenti