3 qızıl, 1 gümüş və 4 bürünc medal qazandıq

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazandıq
  14 Fevral 2016    Oxunub:1661
İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Oğlanlar arasında Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq) qızıl, Rüfət Məmmədov (50 kq), Yaşar Nəcəfov (55 kq) və Murad Fətiyev (66 kq) bürünc medal qazanıb.

Qızlar arasında isə Şəfəq Həmidova (44 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) bürünc medal qazanıb.

Digər cüdoçumuz Şəhanə Hacıyeva Avropa kubokunda 5-ci olub. Bununla da, Azərbaycan millisi yarışın ilk günündə aktivində 8 medal yazdıraraq komanda hesabında birinci yerdə gedirlər.


Teqlər:





Xəbər lenti