Yayın faydalı 7 məhsulu

Yayın faydalı 7 məhsulu
  09 İyul 2013    Oxunub:2688
İnsan orqanizmini təmizləmək üçün vitaminli məhsullar qəbul etmək lazımdır. Yay təzə göyərti, tərəvəz və meyvə qəbul etməklə sağlamlığı qaydaya salmaq üçün çox gözəl vaxtdır.
AzVision.az insan orqanizmini zərərli maddələr və toksinlərdən təmizləmək üçün 7 yay məhsulu təqdim edir.

Çuğundur



Qaraciyər və bağırsaqları təmizləmək üçün çuğundur tövsiyə olunur. C vitamini və folio turşusu ilə zəngin çuğundur orqanizm üçün çox faydalıdır. Bağırsaq xəstəliyindən əziyyət çəkən insanlara çuğundurdan istifadə etmək məsləhət görülür. Çuğundur bağırsaqların işini normallaşdırır, maddələr mübadiləsini qaydaya salır, orqanizmdən şlakları çıxarır.

Cəfəri



İştahanı azaldır və arıqlamağa kömək edir. Cəfəri qaraciyərin funksiyasına kömək edir, zəhər və artıq mayeni orqanizmdən çıxarır. Bundan başqa cəfəridə C və A vitaminləri, kalium, maqnezium, dəmir, faydalı fermentlər, folio turşusu və qanda şəkərin səviyyəsini nizama salan insulin kimi xeyirli maddələr vardır.

Kərəviz



Həzm prosesini aktivləşdirir. Kərəviz su-duz mübadiləsini qaydaya saldığı üçün ondan xüsusilə yaşlı insanların istifadəsi tövsiyə olunur. Vitaminlərlə zəngin kərəviz orqanizmin tonusunu yüksəldir və insana gümrahlıq verir. O həmçinin piylərin toplanmasına mane olur, böyrəkləri və qaraciyəri təmizləyir.

Sarımsaq



Sarımsaq tam yetişməmiş, yəni soğanaq dişlərə bölünməmiş formada daha xeyirlidir. Sarımsağın örtüyü askorbin turşusu ilə zəngindir. Soğanaqda isə zülal, vitaminlər, minerallar, kalsium, dəmir və yod çoxdur. Bundan başqa, yetişməmiş sarımsaq təbii antibiotikdir. O həzmi yaxşılaşdırır, bağırsaq qurdlarını və virusları məhv edir, təzyiqi aşağı salır.

Qaragilə



Giləmeyvələrin tərkibində insan orqanizminə faydalı A və B qruplu vitaminlər vardır. Qaragilə damarları təmizləyir və onları elastik edir. Ən əsası qaragilə orqanizmi şlaklardan və zəhərli maddələrdən təmizləyir.

Gilas



Gilası səhər yeməyində qəbul etmək daha faydalıdır. Belə ki, gilas həzm sistemini “oyadır”, mədə və böyrəklərin işini normallaşdırır, insana gümrahlıq bəxş edir. Gilas həzm sistemindən əziyyət çəkən insanlara daha çox faydalıdır. Gilas orqanizmi zəhər və şlaklardan təmizləyir. Gün ərzində bir ovuc gilas yemək böyrəklərin işinə müsbət təsir göstərir.

Yabanı bitkilər



Qida kimi istifadə etmədiyimiz yabanı bitkilər orqanizm üçün faydalıdır. Məsələn, zəncirotu və gicitkən orqanizmdən artıq mayeni çıxarır və qanı təmizləyir, qaraciyərin işinə kömək edir və həzmi stimullaşdırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti