Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı
  17 Fevral 2016    Oxunub:1616
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,54 dollar yaxud 4,52% ucuzlaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 32,54 dollara düşüb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti