Bakıda keçiriləcək olimpiadanın vaxtı dəyişdirildi

Bakıda keçiriləcək olimpiadanın vaxtı dəyişdirildi
  17 Fevral 2016    Oxunub:2470
Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib.
Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlıdır.

FİDE-nin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərsların başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı şəhər icra hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

AzVision.az


Teqlər:  





Xəbər lenti