Bankda ciddi kadr dəyişikliyi

Bankda ciddi kadr dəyişikliyi
  19 Fevral 2016    Oxunub:2900
`Unibank` ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
AzVision.az Banka istinadən xəbər verir ki, Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib. Bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.

Bununla yanaşı, "Unibank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub. Mixael Noymayr (Michael Neumayr) Müşahidə Şurasına yeni üzv təyin olunub. O bu vəzifədə Andreas Zaysleri əvəz edib. Hazırda Bankın Müşahidə Şurasınn tərkibi sədr Eldar Qəribov və yeddi üzvdən ibarətdir.

AzVision.az



Teqlər:  





Xəbər lenti