Misirin müvəqqəti prezidenti hərəkətə keçdi

Misirin müvəqqəti prezidenti hərəkətə keçdi
  10 İyul 2013    Oxunub:1184
Misirdə Mursi tərəfdarlarının ölkəmiqyaslı etiraz aksiyalarına hazırlaşdığı bir vaxtda, müvəqqəti prezident Ədli Mənsur böhranın aradan qalxmasını nəzərdə tutan layihə irəli sürüb.
Sözügedən layihəyə görə ölkədə 7 ay ərzində yeni seçkilər keçirilməli və konstitusiya yenidən tərtib olunmalıdır. Artıq Sələfilər və Müsəlman Qardaşlıq hərəkatı Ədli Mənsurun təklifinə rədd cavabı verib. Məhəmməd Murisinin hakimiyyətdən qanunsuz yolla devrildiyini əsas gətirən Müsəlman Qardaşlar hərəkatı, xalqı orduyla mübarizə aparmağa və rejimi dağıtmağa səsləyib.

Xatırladaq ki, ötən gün əskərlərlə etirazçılar arasında yaşanan qarşıdurmada azı 55 nəfər öldürülmüşdü.

AzVision.az


Teqlər:





Xəbər lenti