Azərbaycanda yeni televiziya yaranacaq

 Azərbaycanda yeni televiziya yaranacaq
  10 İyul 2013    Oxunub:1320
Azərbaycanda yeni internet televiziya fəaliyyətə başlayacaq.
Bu barədə sözü gedən televiziyanın təsisçilərindən olan jurnalist Oral Mədənçi məlumat verib. O qeyd edib ki, yeni televiziya sırf xəbər kanalıdır və Kanal Azəri adlanır:

“İlk öncə onu qeyd etmək istəyirəm ki, Kanal Azərini heç kim maliyyələşdirmir, kiminsə maraqlarına xidmət eləməyəcək. Bu televiziyanı dostlarımla öz maddi imkanlarımız hesabına qurmuşuq. Təsisçiləri mən və dostlarım Orxan İsmayılov, Araz Şahverdizadədir. Bizim əsas hədəfimiz Azərbaycanın internet istifadəçilərini tam obyektiv, tərəfsiz, keyfiyyətli video xəbərlərlə təmin etməkdir”.

O.Mədənçi əlavə edib ki, Kanal Azəri digər internet televiziyalardan xəbər istehsalının məzmununa və keyfiyyətinə görə yaxşı mənada fərqlənəcək:

“Bilirsiniz ki, hazırda Azərbaycan bir çox internet televiziyalar mövcuddur. Onların bir neçəsi də uğurla fəaliyyət göstərir. Bizim məqsədimiz kiməsə rəqib olmaq, kimisə bazardan çıxarmaq deyil. Bu baxımdan xəbərin istehsalında yeni məzmun və keyfiyyət gətirəcəyik deyərək bunu yalnış anlamasınlar. Məsələn, mən uzun müddət Türkiyənin CNNTÜRK kanalında çalışmışam. Niyə də türk televizyalarının keyfiyyətli xəbər anlayışını ölkəmizə gətirməyək? Bu təkcə Kanal Azəri üçün yox, ümumən Azərbaycanda televziyaların xəbər istehsalına təsir edər”

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti