“Qafqazın kiçik Dubayı”

  10 İyul 2013    Oxunub : 711
“Qafqazın kiçik Dubayı”
Fransızdilli “City Magazine Advertising” jurnalında “Azərbaycana viza” sərlövhəli məqalə dərc edilib.
Yazıda Bakının gözəlliyindən, qədim İçərişəhərdən, müasir memarlıq nümunələrindən söhbət açılır. AzVision.az həmin yazını ixtisarla təqdim edir:

Ölkələrin uzun siyahısına nəzər salsaq görərik ki, Azərbaycan bu ailənin heç bir üzvünə oxşamır. Qafqaz hətta bəzən xəritədə tapmağa çətinlik çəkdiyimiz, haqqında yaranmış yanlış fikirləri silməyə qadir regiondur. Şimaldan Gürcüstan və Rusiya, qərbdən Ermənistan və Türkiyə, cənubdan İranla həmsərhəd olan, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan şərq tərəfdən Xəzər dənizi ilə əhatə edilib.

Keçmiş Sovet İttifaqı respublikalarından biri olan Azərbaycanın paytaxtı Bakı yeraltı karbohidrogen ehtiyatları ilə zəngin ölkənin əsl vitrinidir.

Planetin neft istehsal edən ən böyük ölkələri arasında Azərbaycan 2010-cu ildə 50 milyard ton neft və 30 milyard kubmetr qaz istehsal etmişdir. Bu rəqəmlər və ölkənin vitrini olan sonsuz memarlıq və işıqlı reklamları ilə paytaxt Bakını görəndə niyə buranın kiçik Dubay adlandırıldığını başa düşmək asan olur.

Qafqazın kiçik Dubayı

Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarədən düşərkən müsafirləri bu əsl memarlıq abidəsi heyrətləndirir. Gecə gələrkən, işıqlandırılmış terminalın günbəzi dindarlarımızın hazırladıqları böyük kilsə formasında olan şirniyyatı xatırladır. Yenidənqurma işlərinin davam etdiyi aeroportda dünyanın ən müasir terminalları sırasında olacaq yeni terminalın tikildiyini görürük. Buraya gələrkən ilk təəssürat belədir: inkişafda olan ölkə. Şəhər mərkəzini birləşdirən yolla sürətlə irəlilədikcə çeynənmiş fikirlər dəyişir. Qüsursuz yol hərəkəti nişanları, müasir alman magistrallarından seçilməyən asfalt. Geniş yol boyunca müntəzəm olaraq yerli neft emalı sənayesinin işıqlandırılmış loqoları olan yanacaqdoldurma məntəqəsi görünür. Məhz bu zaman başa düşürsən ki, elektrik iqtisadiyyatı burada prioritet deyildir. Əsl Las-Vegas kazinoları kimi işıqlandırılmış yanacaqdoldurma məntəqəsinin dizaynı adamda həyatında heç olmasa bir dəfə yanacaqdolduran işləmək arzusu doğurur. Ən azından, Nimeyer məktəbi üslubunda yaradılan ağ, dairəvi və uzunsov memarlıq stili ilə tanınmış Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzində adi bir işçi olmaq istəyirsən.

Bakı bulvarı

Bakı şəhərinin mərkəzinə Neftçilər prospekti ilə gəlirik. Başqa sözlə, Bulvar adlanan yer. Xəzər dənizi və dəniz boyunca sıralanmış rəsmi binalar arasında son dərəcə lüks mağazalar, çox təmtəraqlı parklar və kafelər, bura şəhərin ən simvolik məkanıdır. İpək Yolu. Bura bir az Nitsa “Mavi sahillərdə” aeroportundan şəhərə doğru dəniz boyunca yerləşən və “İngilislərin gəzintisi” adlanan yerə oxşayır. Ən uca nöqtədən baxdıqda Şəhidlər xiyabanında 1990-cı ildə Qırmızı ordu ilə toqquşma zamanı həlak olmuş 147 şəhidin qara mərmərdən məzarı sıralanır. Bu, müstəqilliyin ilk şəhidlərinin məzarlarıdır. Ölkənin müasir simvolu olan üç böyük göydələn - “Alov Qüllələri”nin ətəyindən baxdıqda görünən mənzərə Xəzər dənizi üzərində Mələklər Buxtasıdır. Bu gün bulvarın uzunluğu beş kilometrdir. Ancaq gələcəkdə 25 kilometrə çatdırılacaqdır. Bu, ölkənin urbanizasiya inkişafı ambisiyasından xəbər verir. Bu yaz gününün sonunda gəzinti vaxtında burada xoş ab-havanın şahidi oluruq. Ailələr, gənclər, yaşlılar və bir- birinə sarınmış sevgililər Xəzər dənizi boyu gəzişirlər. Bakı Bulvarından Neftçilər prospektinin düz ortasında bir neçə yüz metr uzunluğunda qala divarları və qədim evlər görünür. Bu, İçərişəhərdir. UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş və uğurlu bərpa işləri aparılmış bu məhəllə ətrafda olan müasir binalar kimi diqqəti cəlb edir. Bu günlə keçmiş arasında demək olar ki, uğurlu bir tarazlıq var.

İçərişəhərdə çox sayda karvansara var

Semafor kimi ucalan Qız qalasının ətəyində yaşlı insanların toplanıb şahmat oynadığı bir neçə kafe vardır. Bu, İçərişəhərin dar küçələrini gəzməyə yollanmaq üçün ideal yerdir. Qədim mədrəsələr, saraylar və bazar yerlərindən ibarət bu yerdə, çoxsaylı meydanlarda adam özünü yeganə və böyük karvansaranın mərkəzində hiss edir. Gah enən, gah da qalxan kiçik küçələrlə gəzmək adamı sanki keçmişə qaytarır. Beləliklə, İçərişəhərin qapılarından çıxıb kimi özünü Fəvvarələr meydanı yaxınlığında, ticarət obyektlərinin yerləşdiyi məhəllədə görürsən. Bu meydanda, Şərq üslubunda inşa edilmiş fəvvarələr və böyük kasnılar yerinə, bir-birinin yanında düzülmüş Qərb sayağı reklam işıqları və fəstfud restoranları görmək olar. Bakı da fəal və tələsən aləmə qədəm qoyur.

Teqlər: