Misir konstitusiyadan imtina etdi

Misir konstitusiyadan imtina etdi
  10 İyul 2013    Oxunub:1126
Misirin liberal koalisiyası ölkənin müvəqqəti prezidenti Ədli Mənsurun imzaladığı Konstitusiya Bəyannaməsini qəbul etməkdən imtina edib.
AzVision.az məlumat verir ki, “Milli qurtuluş cəbhəsi” koalisiyasında birləşmiş liberal müxalifət liderləri qəbul edilmiş konstitusiya bəyannaməsində dəyişiklik edilməsini tələb ediblər. Onlar həmçinin bildiriblər ki, həmin sənəd geniş müzakirə olunmalıdır. Lakin koalisiya liderlərinin tələb etdikləri dəyişikliklər barəsində açıqlama verilməyib.

İyulun 8-də Ədli Mənsur parlament və prezident seçkilərinin müddətlərini müəyyən edən Konstitusiya Bəyannaməsi imzalayıb. Sənədə görə, onun imzalanmasından sonra dörd ay ərzində referendum keçiriləcək. 2014-cü ilin yanvar və fevral aylarında isə ölkədə parlament və prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti