Putindən müsəlmanlara təbrik

Putindən müsəlmanlara təbrik
  10 İyul 2013    Oxunub:1078
Rusiya prezidenti Vladimir Putin Ramazan ayının başlanması münasibətilə Rusiya müsəlmanlarını təbrik edib
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Kökləri dərin keçmişdə olan bütün ümmət üçün müqəddəs oruc ənənəsi və mübarək Ramazan ayı başladı. Bu müqəddəs ay bizə mərhəmətli və tolerant olmağı yada salır və daha ox yaxşılıq etməyi, insanları düşünməyi tələb edir”.
Rusiyanın güclənməsində, müstəqillik və suverenliyinin qorunmasında önəmli yeri olan müsəlmanları qürurla andıqlarını bildirən Putin bildirib ki, onlar Rusiyanın çox millətli cəmiyyətində sülhün və rahatlığın qorunmasında böyük töhvə verir.

Putin Rusiya müsəlmanlarının ortaq vətənin inkişafında, güclü, firavan və müasir dövlətin inşasına gələcəkdə də töhvələrini davam etdirəcəklərinə inamının olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti