Düşmən silahı bu gecə də susmadı

Düşmən silahı bu gecə də susmadı
  10 İyul 2013    Oxunub:1084
Cəbhədə vəziyyət gərginləşib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti