Ağır yol qəzası: 3 ölü, 2 yaralı

  10 İyul 2013    Oxunub : 586
Ağır yol qəzası: 3 ölü, 2 yaralı
Bu gün səhər saat 8.10 radələrində aeroport şossesində ağır yol qəzası qeydə alınıb.
AzVision.az “1news”-a istinadən xəbər verir ki, hadisə aeroport şossesində sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində baş verib.

Nəticədə, 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


* * *
Fövqəladə Hallar Nazirliyi Bakıda aeroport yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az

Teqlər: