Abdulla Gül əməliyyat olundu

Abdulla Gül əməliyyat olundu
  10 İyul 2013    Oxunub:1330
Türkiyə prezidenti Abdullah Gül qulağından əməliyyat olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən şənbə prezidentin sağ qulağının orta hissəsinə protez taxılıb. İstanbulun "Acıbadəm" xəstəxanasında baş tutan əməliyyatdan sonra Gül 4 gün istirahət edib.

Əməlliyatdan sonra 4 gün istirahət edən prezident əməliyyat xəbərini mətbuatdan gizlətməyə çalışıb.

Qeyd edək ki, prezident bir müddət əvvəl qulağında ağrılarla əlaqədar həkimə müraciət etmişdi.

Fatimə Kərimli




Teqlər:





Xəbər lenti