Siqaret tərgidən qəfəs – VİDEO

Siqaret tərgidən qəfəs – VİDEO
  10 İyul 2013    Oxunub:1871
Türkiyə vətəndaşı siqareti tərgitmək üçün maraqlı metoddan istifadə edib.
AzVision.az türk mətbuatına istinadən məlumat verir ki, türkiyəli İbrahim Yücel siqareti atmaq üçün orta əsrlərə məxsus qəfəs hazırlayaraq onu başına keçirib.

Yücel hər səhər qəfəsi başına keçirir, onu qıfıllayaraq açarını arvadına verir. 42 yaşlı kişi bu yolla siqareti atacağına and içib. O həmçinin vurğulayır ki, atası da siqaretin səbəb olduğu xərçəng xəstəliyindən ölüb. Yücelin arvadının sözlərinə görə, əvvəl o ərinin bu hərəkətindən utanırdı, lakin onun ciddi şəkildə siqareti atmaq cəhdinə əmin olduqdan sonra ərini dəstəkləyib.



AzVision.az


Teqlər:





Xəbər lenti