40 dərəcə isti olacaq

40 dərəcə isti olacaq
  10 İyul 2013    Oxunub:1351
Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

İyulun 11-də Bakı və Abşeron yarımadasında, əsasən, şimal küləyi mülayim çənub-şərq küləyi ilə əvəzlənəcək. Bununla əlaqədar paytaxtda iyulun 11-da havanın temperaturu əvvəlki günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.

Bakıda havanın temperaturunun gecə 21-25, gündüz 33-38 dərəcə isti proqnozlaşdırılır.

İyulun 11-də Azərbaycanın Aran rayonlarında havanın temperaturu gecə 23-27, gündüz maksimal temperatur 35-40 dərəcə olacaq. Dağlıq ərazilərdə gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

İyulun 12-də də nisbətən isti hava şəraiti davam edəcək.


Teqlər:





Xəbər lenti