Avropa Gürcüstana yardım edəcək

Avropa Gürcüstana yardım edəcək
  10 İyul 2013    Oxunub:1158
Gürcüstanda həbsxanalarda və ruhi xəstaxanalarda şərait heç də ürəkaçan deyil.
Avropa İttifaqı və Avropa Şurası, Tbilisiyə həbsxana və ruhi xəstəxanalarda insanların hüquqlarının müdafiəsini təmin edən proqram təqdim edib.

Gürcüstan Parlamentində İnsan Hüquqları Komitəsinin sədri Eki Beseliya bildirib ki, proqram qarşıdakı 30 ay üçün nəzərdə tutulub və bu müddət ərzində həbsxanalarda , eləcə də ruhi xəstəxanalarda insanların normal həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən geniş kompleks tədbirlərdən ibarətdir.

“Amnistiyadan sonra həbsxanalarda məhkumların sayının 60 % azalmasına və bunula vəziyyətin nisbətən yaxşılaşmasına baxmayaraq, hazırki şərait beynəlxalq standartlara uyğun deyil”-deyə komitə sədri bildirib.

Qeyd edək ki, hazırda Gürcüstan həbsxanalarında 12 min məhkum var.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti