“Gəncliyin İlham Əliyevi dəstəkləməsi cəmiyyətə mesajdır”

“Gəncliyin İlham Əliyevi dəstəkləməsi cəmiyyətə mesajdır”
  10 İyul 2013    Oxunub:1136
“Biz bu gün Azərbaycanın gələcəyini aydın görürük. Prezidentin siyasəti sözün həqiqi mənasında milli maraqlar üzərində qurulub. Bu gün İlham Əliyevə opponentlik edənlərə baxın. Görün harada dəstək axtarırlar. Biri deyir ki, mən hələ xarici ölkələrin hamısı ilə danışmamışam, hamısıandan razılıq almamışam, razılıq alsam seçki ötüşər. Xaricdə dəstək axtarırlar”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün AMEA-da keçirilən gənc alimlərin ümumi yığıncağında səsləndirib.

O vurğulayıb ki, İham Iliyev seçki kampaniyası aparmır və aparmaycaq: “Çünkı buna ehtiyacı yoxdur. O seçkilərin yox, gəncliyin sabahını düşünür. Bu gün gəncliyin İlham Əliyevi dəstəkləməsi cəmiyyətə verilmiş mesajdır. Əgər gəncliyin elitası onu dəstəkləyirsə bu, onu göstərir ki, onun yürütdüyü siyasət doğrudur. Bu, sizin şüurlu seçiminizdir”.

Ə.Həsənov deyib ki, gənc alimlərin inkişafının dünya səviyyəsində davam etdirilməsi dövlətin diqqətindədir: “Rəqabətə davamlı alimlər yetişidirilməsi diqqətimizdədir. Amma çox təəssüf edirəm ki, gənc alimlərin çoxu xanımlardır. Bu da yəqin ki, hərbi xidmətdən möhlət hüququnun verilməməsi ilə bağlıdır. Bu da tərəfimizdən aidiyyatı qurumlar qarşısında məsələ kimi qaldırılacaq”.


Fatimə


Teqlər:  





Xəbər lenti