Kiberhücum III Dünya Müharibəsinə səbəb ola bilər?

Kiberhücum III Dünya Müharibəsinə səbəb ola bilər?
  10 İyul 2013    Oxunub:1211
Kiberhücum III Dünya Müharibəsinə gətirib çıxara bilərmi sualı Qərbin xüsusi xidmət orqanlarını hər gün düşündürür. Qərbə görə, islamçı terrorçular London Olimpiya oyunlarını hədəfə alıb.
AzVision.az Mirror-a istinadən məlumat verir ki, onlar açılış mərasiminə mane olmaq üçün müxtəlif stadionlarda elektrik enerjisi sistemlərini pozmağı planlaşdırıblarmış. Lakin Britaniya kiber təhlükəsizlik xidmətinin səyi nəticəsində bunun qarşısı alınıb.

Bəs terrorçuların elektron hücumları III Dünya Müharibəsini başlada bilər?

Tutaq ki, terrorçular Britaniyanın nüvə ehtiyatını idarə edən kompüter sistemləri üzərində nəzarəti ələ alır və “Trident” raketlərini Rusiyaya buraxır. Rus radiolokasiya sistemləri bu barədə Kremlə xəbərdarlıq edir. Rusiya prezidenti Vladimir Putin bunun qarşılığında dərhal cavab reaksiyası göndərəcək.

Göründüyü kimi, hərbi kompüterlərə kiberhücum etmək çox asandır. 2002-ci ildə Şotlandiyanın sistem administratoru və hakeri Qari MakKinnon ABŞ-ın hərbi kompüter şəbəkəsinə asanlıqla daxil olmuşdu. Qeyd edək ki, həmin vaxtdan etibarən təhlükəsizlik güclü inkişaf edib. İnkişaf etmiş ölkələrdə ən ağıllı kompüterlər artıq “hava boşluğu”ndan qorunmaq qabiliyyətinə malikdir. Başqa sözlə, həmin kompüterlər qapalıdır və xarici aləmlə heç bir elektron əlaqəsi yoxdur. Bu üsuldan ABŞ kəşfiyyatının təqib etdiyi, Pakistanın şimal-şərqində yerləşən Abbottabad şəhərində gizlənən Usama Bin Laden də istifadə edib. Bin Ladenin gizləndiyi müddətdə nə telefonu, nə də internet əlaqəsi olub. Əgər o öz yerini bəyan etmək istəyərdisə, kompüterdə mesaj göndərməklə bunu edə bilərdi.

Hazırda isə amerikalılar gözlənilməz kiberhücumdan ehtiyat edirlər. Belə ki, ABŞ-Çin münasibətləri gərgindir. Dil və mədəni maneələr dəf olunmazdır. Çünki ABŞ Çinin kiber-müharibə qabiliyyətinə bələddir.

AzVision.az


Teqlər:  





Xəbər lenti