Nalbadyan Füle ilə görüşüb

Nalbadyan Füle ilə görüşüb
  10 İyul 2013    Oxunub:1136
Avropa komissarı Ştefan Fülenin Ermənistan səfəri davam edir.
AzVision.az məlumat verir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda səfərdə olan Avropa komissarı Ştefan Füle ilə görüşüb.

Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edən Nalbandyan davamlı dəstəyə görə quruma təşəkkür edib. Tərəflər Aİ-nin Şərq tərəfdaşlığı proqramını müzakirə ediblər. Görüş zamanı həmçinin Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya imzalanmasının vacibliyi qeyd olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti