Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  10 İyul 2013    Oxunub:3082
İyulun 13-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xaçmaz rayon Mədəniyyət Mərkəzində (Ünvan: Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi, 8) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Quba şəhəri, Fətəli Xan küçəsi, 65, əlaqələndirici şəxs Aqşin Bayramov, əlaqə telefonu: (023) 335 48 99, mobil (055) 706 09 87, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet səhifəsində yeni yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti