Bankların birləşdirilməsi prosesi başa çatıb

Bankların birləşdirilməsi prosesi başa çatıb
  26 Fevral 2016    Oxunub:2384
`Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb`.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

MB sədrinin görə, indiyədək 6 bankın lisenziyası ləğv olunub: `Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız `AGBank` kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq`.

E.Rüstəmov, həmçinin əlavə edib ki, `Azərbaycan İpoteka Fondu` ASC üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb: `Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir`.

O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq: "Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti