`Neftin qiyməti gələn ildən qalxacaq` - Nazir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell isə şirkətin fəaliyyətinin hazırkı vəziyyəti və “ Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, təmsil etdiyi şirkəti maraqlandıran məqamlardan bəhs edib. G. Birrel fevralın 29-da Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb.
Energetika naziri Natiq Əliyev isə bildirib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasına hazırlıq işləri başa çatdırılıb, layihənin iştirakçısı olan ölkələrin enerji nazirlərindən və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, "BP-Azebajian", Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı gözlənilir.
Bildirilib ki, Məşvərət Şurasının bu dəfəki toplantısı ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, bütün tranzit ölkələrdə qarşılaşılan çətinliklərin müzakirəsinə və çıxış yollarının birgə axtarışına da imkan yaradacaq.
AzVision.az