İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  10 İyul 2013    Oxunub:1181
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə həmkarı təbrik edib.
Təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Teqlər:  





Xəbər lenti