“Azərbaycanla razılıq əldə etmişik” - Kaladze

“Azərbaycanla razılıq əldə etmişik” - Kaladze
  01 Mart 2016    Oxunub:2053
“Azərbaycandan əlavə həmcdə qazın alınmasına dair razılıq əldə olunub”.
AzVision.az “Qruziya Online” saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, bu barədə razılıq Azərbaycana sonuncu səfəri zamanı əldə edilib:

“Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüm zamanı iki ölkə arasında gələcək əməkdaşlığı və ölkəmizin daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması məsələsini müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir

Faktiki olaraq razılığa gəlmişik. Belə ki, “Şahdəniz” yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti