Sənə güvəndiyim (Nicat) Dağlar...

Sənə güvəndiyim (Nicat) Dağlar...
  11 İyul 2013    Oxunub:1478
Əllər və ümidlər hər yerdən üzülmüşdü. Nəzərlər və diqqət bir nöqtəyə zillənmişdi. Görəsən reaksiya verəcəkmi? Uzun illər boyu onu ən kəskin və amansız şəkildə tənqid eləmiş birisin əfv edib həyatını xilas edəcəkmi?
Amma nəinki mən, cənab Prezidentə ən qatı radikal münasibətdə olan hər kəs yaxşı bilirdi ki, O, bu çağırışa biganə qalmayacaq. Ehtimallar özünü doğrultdu. O, jurnalist "yaradıcılığı" yalnız Əliyevlər haqda məlum yazılardan ibarət olan birisini əfv elədi, həyatını xilas eləmək üçün göstəriş verdi.

Buna yalnız O qadir ola bilərdi... O - BİZİM PREZİDENTİMİZ.

***

Bu iqtidarı ən amansız şəkildə tənqid edənlər... sizlərdən soruşuram - heç utandınızmı?

Bu gün Nicat Dağların sağalmasını hamıdan çox mən istəyirəm. Çünki, hələ ona deyiləcək çox sözüm var. Mənim ona olan münasibətim heç vaxt dəyişməyəcək. Çünki uzun illər məni ən ağır ifadələrlə təhqir edib. Təhqir edib yalniz ona görə ki, mən İlham Əliyevin cəbhəsində olmuşam. Təhqir edib ona görə ki, onun ağalarını tənqid eləmişəm. Bax, Nicatın da sağalmağını yalnız buna görə istəyirəm. İstəyirəm onunla üz üzə oturub gözlərinin içinə baxam. Ürəyindən keçənləri oxumağa çalışam.

Çox qəribə və ibrətamizdir, deyilmi?.. Sonunda bütün varlığınla düşmənçilik etdiyin birisinə üz tutur, ondan imdad diləyirsən. İndi sual edirəm sizlərə, ey İlham Əliyevlə düşmənçilik eləyən bəylər... Nədən Nicatın xilası ücün Rəsul Quliyevə üz tutmadınız? Axi Nicat Dağlar uzun illər ona xidmət göstərib. Nədən üzünüzü millətə xilaskar kimi sırımaq istədiyiniz Rüstəm İbrahimbəyova tutmadınız. Axi onun da milyonları var. Nədən... Nədən... Nədən??? Cox sadə bir səbəbdən. Cünki cavab və nəticəni əvvəlcədən bilirdiniz. Yaxşı bilirdiniz ki Nicat kimiləri rəsullara, rüstəmlərə nə üçün lazımdır.

***

Amma bu bir ibrətdir. Nəticə çıxarmağınız lazım olan bir İBRƏT...
"Cənab Prezidentə təşəkkür üçün söz tapa bilmirəm" - Nicatın bu sözlərini oxuyanda bədənimdən soyuq bir üşütmə keçdi. Allah heç birinizin ibrət imtahaninizı bu qədər amansiz eləməsin. Bu bir neçə gündə hamıdan səs gəldi. Jurnalistdən də, deputatdan, da müğənnidən də, sıravi vətəndaşdan da . Hərə öz səviyyə və imkanı daxilində dəstək oldu, köməkliyini təklif elədi. Amma nə Amerikadakı Rəsulundan, nə Moskvadakı Rüstəmindən, nə də ki. Bakıdakı Əli Kərimlisindən, İsa Qəmbərindən səs-soraq gəlmədi. Bax, bundan da ibrət və nəticə çıxarmağina dəyər.

***

Öz növbəmdəsə müqəddəs Ramazan ayının ilk günündə sərgilədiyi bu böyük humanizm və insanpərvərliyə görə cənab Prezidentə öz dərin təşəkkür və sevgilərimi çatdırmaq istərdim. Buna onsuz da əmin idim, lakin bir daha əmin oldum ki ,özümə seçdiyim LİDERdə səhv etməmişəm. Hər şeyi unudaraq hər şeyi bağışlayaraq iki azyaşlı körpəyə atalarını, bir ağbirçək anayasa övladını qaytardınız.
Bu böyük insanpərvərlik nümunəsini yalnız siz sərgiləyə bilərdiniz.
SİZ - BİZİM PREZİDENTİMİZ.



Teqlər:  





Xəbər lenti