Prezident jurnalistlərə məktub ünvanlayıb

Prezident jurnalistlərə məktub ünvanlayıb
  11 İyul 2013    Oxunub:1409
Prezident İlham Əliyev Jurnalistlərin VI qurultayının iştirakçılarına təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, məktubu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirib.

Məktubda vurğulanır ki, bu gün ölkəmizin artan imkanları KİV və milli mətbuatın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır:

“Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və digər istqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirilib; Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyinin əsas məqsədi peşəkar, rəqabətə davamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılması”.

Ölkə başçısının təbrik məktubu oxunduqdan sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat verib.

Şura sədrinin təklifi ilə ilk olaraq ötən qurultaydan bu günədək dünyasını dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra Ə.Amaşov hesabatla çıxış edib, Mətbuat Şurasının gördüyü işlər barədə məlumat verib.

Şuraya daxil olan şikayətlərdən danışan sədr bildirib ki, ötən qurultaydan bu günədək şuraya 2871 müraciət daxil olub: “Bu müraciətlər KİV-də gedən materiallardan şikayət olub. Onlardan 1399-u şura tərəfindən həll olunub və tərəflər arasında razılıq əldə olunub. Digər müraciətlərlə bağlı razılıq əldə olunmadığından həmin şikayətlər şuranın müvafiq komisyalarına həvalə olunub”.

Şura sədrinin hesabatından sonra Mətbuat Şurası Nəzarət Təftiş Komsiyasının sədri Qadir İbrahimli hesabatla çıxış edib. Bundan sonra qurultay iştirakçılarının çıxışları başlayıb.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti