Bu gün “Ümumdünya şokolad günü”dür

Bu gün “Ümumdünya şokolad günü”dür
  11 İyul 2013    Oxunub:6806
İyulun 11-i “Ümumdünya şokolad günü” (World Chocolate Day) kimi qeyd olunur.
AzVision.az məlumat verir ki, şokolad günü ilk dəfə fransızlar tərəfindən 1995-ci ildə qeyd olunub. Fərziyyəyə görə, şokoladı ilk dəfə asteklər hazırlayıb. Onlar şokoladı “Allahın qidası” adlandırıblar. Şokoladı Avropaya ilk dəfə gətirən ispanlar onu “qara qızıl” adlandırıb və insanın müqavimətini artıran vasitə hesab ediblər. Bir müddət sonra şokolad ancaq aristokratlar arasında məhdudlaşıb. Həmin dövrdə qadınlar şokoladı ehtiras mənbəyi hesab edirdilər. XX əsrin başlanğıcından şokolad istehsalı genişlənib və aristokrat olmayan təbəqə arasında geniş yayılmağa başlayıb.

Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin - insanda rahatlıq, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhval-ruhiyyəni yüksəldir. Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə malikdir və qocalma prosesini yavaşladır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti