Portuqaliyadakı böhrana son qoyuldu

Portuqaliyadakı böhrana son qoyuldu
  11 İyul 2013    Oxunub:1054
Prezident, müxalifətin parlamentin buraxılması ilə bağlı çağırışlarını rədd edib
Portuqaliya prezidenti Anibal Kavaku Silva hakim koalisiyanın təkibindəki dəyişiklikləri dəstəkləyərək müxalifətin parlamentin buraxılması ilə bağlı çağırışlarını rədd edib. Dövlət televiziyası ilə müraciətində prezident bildirib ki, hazırki parlament öz funksiyasını yerinə yetirmək üçün bütün səlahiyyətlərə sahibdir.

Dəyişikliklərə görə, bir qədər əvvəl istefa verən xarici işlər naziri Paulu Portaş baş nazirin müavini vəzifəsinə təyin olunacaq və iqtisadi islahatların həyata keçirilməsi ilə məşğul olacaq. Yeni maliyyə naziri isə sabiq xəzinə katibi Mariya Luiza Albukerke olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti