Rövnəq Abdullayev gürcü baş nazirlə görüşdü

Rövnəq Abdullayev gürcü baş nazirlə görüşdü
  04 Mart 2016    Oxunub:1486
Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb.

Bundan başqa, səfər çərçivəsində SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn R. Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR prezidentinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib.

Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə "SOCAR Georgia Petroleum"un bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti