Azərbaycan neft hasilatını `dondurur`

Azərbaycan neft hasilatını `dondurur`
  06 Mart 2016    Oxunub:5754
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində `dondurulması` təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.
SOCAR prezidentinin sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının `dondurulması` təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.

`Ümid edirik ki, OPEK-ə daxil olan ölkələr və olmayan ölkələr, neft ixracatçısı olan – Rusiya, Qazaxıstan, Azərbaycan müvafiq qərarın işlənməsinə qoşulacaqlar`, - Novak bəyan edib.

2016-cı ilin fevral ayının 16-da Dohada görüşün yekunlarına görə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela, əgər digər istehsalçılar da təşəbbüsə qoşularsa, neft hasilatını yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər.

Bu təşəbbüsə qoşulmağa hazr olduğun bildirən ölkələr sırasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. İran və İraq hasilatın dondurulması təşəbbüsünə qoşulmaq vədindən qaçınaraq hələlik “neft bazarında vəziyyətin yaxşılaşdırılmasına dair addımların” dəstəklənməsindən danışır.

AzVision.az


Teqlər:





Xəbər lenti