Təcridxanalara qanunsuz əşyaların keçirilməsinin qarşısı alınıb
İyulun 10-da həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 66.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Etibar oğlu Məmmədovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən ona məxsus çantanın gizli saxlanc yerindən 6 (altı) ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 (iki) ədəd elektrik qidalandırıcısı, 1 (bir) ədəd elektrik qidalandırıcısının kəsilmiş hissəsi və 1 (bir) ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1953-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gəncəli Ağakişi oğlu Allahverənovun yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş Elmira Rüstəm qızı Allahverənovanın əl çantasına baxış keçirilən zaman 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 (bir) ədəd “Cin” nömrə kartı aşkar edilərək götürülüb.
AzVision.az
Teqlər: