AFFA `Sumqayıt`ı 5 min cərimələdi

AFFA `Sumqayıt`ı 5 min cərimələdi
  07 Mart 2016    Oxunub:1747
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun ilk 1/4 final və Premyer Liqanın XXIV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
Ölkə kubokunda “Rəvan”la matçda 4 futboçusu sarı vərəqə ilə cəzalandığı üçün "İnter"ə 1000 manat cərimə kəsilib.

“Neftçi” ilə oyunun ilk yarısında azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Xəzər Lənkəran” 1000 manat, “Qarabağ”la qarşılaşma başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov meydana daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə gənc mütəxəssis isə 5 oyunluq cəzaya, klub isə 5000 manat cərimələnib.

Premyer Liqada isə “Xəzər Lənkəran”la görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün AZAL klubu 1000 manat, “Qəbələ” ilə qarşılaşmanın 80-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Jayro Rodriges 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti