AGBank kapitalını 100 milyon artırdı

AGBank kapitalını 100 milyon artırdı
  07 Mart 2016    Oxunub:1286
“AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Bankdan AzVision.az-a verilən xəbərə görə, yığıncağın gündəmində bankın nizamnamə kapitalının artırılması müzakirə olunub. Nəticə olaraq nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınıb.

Xatırladaq ki, “AGBank” ASC 1992-ci ildə təsis edilib. Bankın fəaliyyəti əsasən Azərbaycanda istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəlib.
Bununla yanaşı, onun xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. “AGBank”ın səhmdarları arasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və Kazimir İnvestment LTD Amerika Sərmayə Fondu var.

AzVision.az


Teqlər:





Xəbər lenti