Mariya Şarapovada dopinq aşkarlandı

Mariya Şarapovada dopinq aşkarlandı
  08 Mart 2016    Oxunub:2557
Rusiyalı tennisçi Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə tennisçi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, o bu barədə rəsmi məktub alıb.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

Meldoniy aparatı 2016-cı il yanvarın 1-dən qadağa edilib.

Qeyd edək ki, Böyük Dəbilqənin ikiqat qalibi, ABŞ açıq çempionatının indiki qalibidir. 2006-cı ilin sonunda dünyanın ən yüksək gəlirli qadın atleti idi. BMT-nin xoşməramlı səfiridir.

Şarapova Uimbldon turnirin ilk rus finalçısıdır və həmin turnirin dünyanın uçüncü ən gənc qadın çempionudur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti